Главная > İdman > Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarına hakim təyinatları açıqlanıb

Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarına hakim təyinatları açıqlanıb


24-06-2024, 14:00. Разместил: azadses
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının I qrupunda iyulun 12-də Bakıda Macarıstanla baş tutacaq görüşü Xorvatiyadan, iyulun 16-da Lozannada İsveçrə ilə keçiriləcək qarşılaşmanı isə Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

12 iyul
20:00. Azərbaycan - Macarıstan

Hakimlər: Yelena Pejkoviç, Sanya Rodyak-Karşiç, Qordana Katuşiç, Yelena Kumer.
"Liv Bona Dea Arena".

16 iyul
21:00. İsveçrə - Azərbaycan

Baş hakim: Miriama Boçkova, Miroslava Pastorekova, Aleksandra Varqova, Suzana Valentova.

"Olimpik De La Pontez" stadionu.

Qeyd edək ki, son iki tur ərəfəsində Azərbaycan millisi 4 xalla dördüncü yerdə qərarlaşıb. İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncüdür.


Вернуться назад