Главная > İdman > "Turan Tovuz" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Turan Tovuz" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb


5-06-2024, 15:31. Разместил: azadses
"Turan Tovuz" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Bölgə təmsilçisinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Emmanuel Hakmanla razılıq əldə olunub.

Anlaşmaya əsasən, toqolu müdafiəçi 2024/2025 mövsümündə də Tovuz klubunun formasını geyinəcək.

Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl Aleks Souza ilə 2, Şəhriyar Əliyevlə "1+1" illik sözləşmə imzalayıb.


Вернуться назад