Главная > İdman > Keçmiş ulduz futbolçunun avtomobili dəhşətli qəzaya uğradı: Qardaşı vəfat etdi

Keçmiş ulduz futbolçunun avtomobili dəhşətli qəzaya uğradı: Qardaşı vəfat etdi


11-05-2024, 11:19. Разместил: azadses
Nigeriya millisinin və Amsterdamın “Ayaks” klubunun sabiq futbolçusu Ticani Babanqida ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə uğrayıb.

Hadisə Nigeriyada baş verib. Qəza nəticəsində Ticani Babanqidanın qardaşı, həm də keçmiş futbolçu olan İbrahim Babanqida vəfat edib. Hollandiyanın “Volendam” klubu mərhumun ailəsinə başsağlığı verib.

Qeyd olunub ki, Ticani Babanqidanın vəziyyəti ağırdır. Qəza nəticəsində onun həyat yoldaşı və qulluqçusu da ağır yaralanıblar.

Вернуться назад