Главная > İdman > İddiaçılar Turniri: Nicat Abasov növbəti dəfə məğlub olub
İddiaçılar Turniri: Nicat Abasov növbəti dəfə məğlub olub19-04-2024, 14:47. Разместил: azadses |
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti məğlubiyyətini alıb. "Report"un məlumatına görə, 28 yaşlı qrossmeyster XII turda üz-üzə gəldiyi hindistanlı Dommaracu Qukeşə uduzub - 0:1. Abasov ağ fiqurlarla oynayıb. Qeyd edək ki, təmsilçimiz hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Qukeş isə xallarının sayını 7,5-ə çatdırmaqla, rəqibləri ilə 1-3-cü yerləri bölüşdürür. Вернуться назад |