Главная > İdman > İddiaçılar Turniri: Nicat Abasov hindistanlı rəqibinə yenilib
İddiaçılar Turniri: Nicat Abasov hindistanlı rəqibinə yenilib11-04-2024, 15:29. Разместил: azadses |
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünə çıxıb. “Report”un məlumatına görə, 28 yaşlı qrossmeyster VI turda Rameşbabu Praqnanandha (Hindistan) ilə qarşılaşıb. Qara fiqurlarla oynayan milli üzvü rəqibinə məğlub olub - 0:1. Digər görüşlər belə nəticələnib: Dommaracu Qukeş (Hindistan) - Hikaru Nakamura (ABŞ) 0,5:0,5 Santoş Vidit (Hindistan) - Əlireza Firuzca (Fransa) 1:0 Yan Nepomnyaşi (FIDE) - Fabiano Karuana (ABŞ) 0,5:0,5 Altı turdan sonra hesabında 1,5 xal olan Nicat Abasov eyni nəticəyə imza atan Əlireza Firuzca ilə 7-8-ci yerləri bölüşdürür. Turnir cədvəlinə hərəyə 4 xal toplayan Dommaracu Qukeş və Yan Nepomnyaşi başçılıq edir. İddiaçılar Turniri aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək. Qeyd edək ki, turnirin mükafat fondu 500 min avrodur. Qalib 48 min avro qazanacaq. Вернуться назад |