Главная > İdman > “Qarabağ” Azərbaycan Premyer Liqasında son 11 ildə 10-cu qızıl medala yiyələnib - SİYAHI
“Qarabağ” Azərbaycan Premyer Liqasında son 11 ildə 10-cu qızıl medala yiyələnib - SİYAHI30-03-2024, 13:55. Разместил: azadses |
Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün qalibi bəlli olub. "Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun adına XXVIII turda aydınlıq gəlib. “Qarabağ” mövsümün sonuna 8 tur qalmış qızıl medalları təmin edib. Buna “Kəpəz”lə səfər oyununda qazanılan qələbə səbəb olub - 6:1. İzləyiciləri üçün əlçatmaz olan Ağdam klubu ardıcıl 3-cü, tarixində 11-ci dəfə Azərbaycan çempionu olub. “Qarabağ” həm də son 11 ildə 10-cu qızıl medala yiyələnib. Qeyd edək ki, ümumilikdə 8 komanda bu titula sahib çıxıb. “Qarabağ”dan başqa, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olublar. Azərbaycan çempionları: 1992. “Neftçi” (Bakı) 1993. “Qarabağ” (Ağdam) 1993/94. “Turan” (Tovuz) 1994/95. “Kəpəz” (Gəncə) 1995/96. “Neftçi” (Bakı) 1996/97. “Neftçi” (Bakı) 1997/98. “Kəpəz” (Gəncə) 1998/99. “Kəpəz” (Gəncə) 1999/2000. “Şəmkir” 2000/01. “Şəmkir” 2001/02. Yarımçıq qalıb 2002/03. Keçirilməyib 2003/04. “Neftçi” (Bakı) 2004/05. “Neftçi” (Bakı) 2005/06. “Bakı” 2006/07. “Xəzər Lənkəran” 2007/08. “İnter” (Bakı) 2008/09. “Bakı” 2009/10. “İnter” (Bakı) 2010/11. “Neftçi” (Bakı) 2011/12. “Neftçi” (Bakı) 2012/13. “Neftçi” (Bakı) 2013/14. “Qarabağ” (Ağdam) 2014/15. “Qarabağ” (Ağdam) 2015/16. “Qarabağ” (Ağdam) 2016/17. “Qarabağ” (Ağdam) 2017/18. “Qarabağ” (Ağdam) 2018/19. “Qarabağ” (Ağdam) 2019/20. “Qarabağ” (Ağdam) 2020/21. “Neftçi” (Bakı) 2021/22. “Qarabağ” (Ağdam) 2022/23. “Qarabağ” (Ağdam) 2023/24. “Qarabağ” (Ağdam) Вернуться назад |