Главная > İdman > “Qəbələ”nin sabiq baş məşqçisi Murad Musayevin Rusiya klubuna təyinatını dəyərləndirib
“Qəbələ”nin sabiq baş məşqçisi Murad Musayevin Rusiya klubuna təyinatını dəyərləndirib14-03-2024, 12:08. Разместил: azadses |
“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin bu ilin əvvəlində “Sabah”dan ayrılan Murad Musayevin Rusiyanın “Krasnodar” klubunun “sükanı arxasına" keçməsini dəyərləndirib. 76 yaşlı mütəxəssis həmyerlisinin keçmiş komandasına qayıtmasını müsbət addım kimi qarşılayıb: “Bir çaya iki və ya üç dəfə girə bilərsiniz. Bu, “Krasnodar” rəhbərliyinin əla qərarıdır. Musayev Azərbaycanda yaxşı işlədi, təcrübəli məşqçi oldu. Ümid edirəm ki, çempionluq yarışını davam etdirəcək və qalib gələcək. Vladimir İviçin istefasını başa düşürəm. Ölkə kubokunda məğlub olaraq mübarizəni dayandırdılar. Hesab edirəm ki, ayrılıq bununla bağlıdır”. Qeyd edək ki, Murad Musayev “Krasnodar”la mövsümün sonuna qədər müqavilə bağlayıb. O, daha əvvəl, 2018-2021-ci illərdə Rusiya klubuna rəhbərlik edib. 40 yaşlı mütəxəssis 2021-2024-cü illərdə Azərbaycanda “Sabah”ı çalışdırıb. Вернуться назад |