Главная > İdman > “Qarabağ” “Qəbələ” ilə çempionat oyunlarında vurulan qol sayında 100-ü keçib
“Qarabağ” “Qəbələ” ilə çempionat oyunlarında vurulan qol sayında 100-ü keçib29-02-2024, 08:00. Разместил: azadses |
“Qarabağ” klubu “Qəbələ” ilə çempionat oyunlarında vurulan qol sayında 100-ü keçib. "Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınan oyuna qədər rəqib qapısına 98 dəfə yol tapan Ağdam təmsilçisi 4:0 hesablı qələbə qazanıb. Riçard Almeydanın penaltidən vurduğu ikinci top bu duellərdə komandasının 100-cü qolu olub. “Qarabağ” matçın sonuna kimi bu rəqəmi 102-yə çatdırıb. Bu, komandalar arasında 61-ci matçda baş verib. Bu, Azərbaycan çempionatlarının 32 illik tarixində beşinci belə hadisədir. "Qarabağ" daha əvvəl “Neftçi”, “Sumqayıt” və “Şamaxı” ilə görüşlərdə 100 qol həddini keçib. “Neftçi” isə buna “Şamaxı” ilə qarşılaşmalarda nail olub. 1. “Qarabağ” – 120 (“Neftçi”) 2. “Neftçi” – 119 (“Şamaxı”) 3. “Qarabağ” – 116 (“Sumqayıt”) 4. “Qarabağ” – 107 (“Şamaxı”) 5. “Qarabağ” – 102 (“Qəbələ”) Вернуться назад |