Главная > İdman > Çexiyalı fermerlər etiraz aksiyaları üçün paytaxta yollanıblar

Çexiyalı fermerlər etiraz aksiyaları üçün paytaxta yollanıblar


19-02-2024, 18:57. Разместил: azadses
Çexiya Respublikasının paytaxtı Praqada yüzlərlə fermer etiraz aksiyasına toplaşıb.

“Report” xəbər verir ki, bu barədə polis “X” sosial şəbəkəsində məlumat yayıb.

“Hazırda təxminən 500 kənd təsərrüfatı texnikası Praqaya doğru irəliləyir. Hələ ki, heç bir tıxac yaranmayıb", - məlumatda qeyd olunub.

Bildirilib ki, fermerlər Avropa İttifaqının və Çexiya rəhbərliyinin kənd təsərrüfatı siyasəti ilə razılaşmamaq əlaməti olaraq Praqanın əsas girişlərini bağlamaq niyyətindədirlər. Onların fikrincə, nə avropalı, nə də çexiyalı siyasətçilər kənd təsərrüfatı istehsalçılarının narahatlığını nəzərə almırlar, bununla da, Avropada kənd təsərrüfatının məhvinə yol açırlar.


Вернуться назад