Главная > İdman > Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatının ilk günündə iki medal qazanıblar
Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatının ilk günündə iki medal qazanıblar10-02-2024, 10:30. Разместил: azadses |
Antalyada taekvondo üzrə Türkiyə açıq çempionatına start verilib. "Report"un məlumatına görə, yarışın ilk günündə Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası 2 medal əldə edib. Yığmanın heyətində Məryəm Cəfərova (152 sm) qızıl medala yiyələnib. O, 6 rəqibini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gülay Əliyeva isə (160 sm) çempionatı bürünc mükafatla bitirib. Taekvondoçu yarımfinaladək 4 mərhələ keçib. Qeyd edək ki, yarışda bu gün yeniyetmə oğlanlar mübarizəyə qoşulacaq. Вернуться назад |