Главная > İdman > Portuqaliya klubu “Qarabağ”la oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

Portuqaliya klubu “Qarabağ”la oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib


7-02-2024, 11:16. Разместил: azadses
Portuqaliyanın “Braqa” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

“Report”un qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Artur Jorje ümumilikdə 36 futbolçunun adını siyahıya salıb.

Onlardan 25-i A, 11-i isə B siyahısında yer alıblar.

Qapıçılar: 1. Mateus, 12. Tiaqo Sa, 31. Bernardo Fontes, 91. Lukas Qorniçek.
Müdafiəçilər: 2. Viktor Qomes, 4. Sikou Niakate, 5. Sərdar Saatçı, 6. Joze Fonte, 15. Paulo Oliveyra, 17. Yosafat Mendes, 19. Adrian Marin, 26. Kristian Borxa, 55. Çissumba, 58. Migel Vilela, 62. Nuno Matoş, 76. Tomaş Markes.
Yarımmüdafiəçilər: 8. Əl Musrati, 10. Çer Ndur, 16. Rodriqo Salasar, 18. Vitor Karvalyo, 22. Pitsi, 28. Joau Moutinyo, 50. Dieqo Rodriges, 66. Vasko Moreyra, 80. Joau Qonçalves, 90. Cibril Sumare.
Hücumçular: 7. Bruma, 9. Abel Ruiz, 11. Roje Fernandes, 14. Alvaro Calo, 20. Roni Lopes, 21. Rikardo Horta, 23. Simon Banza, 59. Yan Said, 97. Joze Rodriges, 99. Kauan Kelvin.
Baş məşqçi: Artur Jorje.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə ayın 22-də evdə keçirəcək.


Вернуться назад