Главная > İdman > İngiltərə millisi 19 il əvvəl Azərbaycan yığmasını məğlub etdiyi stadiona qayıdır
İngiltərə millisi 19 il əvvəl Azərbaycan yığmasını məğlub etdiyi stadiona qayıdır6-02-2024, 13:00. Разместил: azadses |
İngiltərə millisi 19 il əvvəl Azərbaycan yığmasını məğlub etdiyi stadiona qayıdır. “Report” xəbər verir ki, Qaret Sautqeytin yetirmələri 2005-ci ildən bəri ilk dəfə Nyukasldakı “Sent Ceyms Park”da oyun keçirəcək. “Dumanlı Albion” təmsilçisi iyunun 3-də Bosniya və Herseqovina ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. İngilislər bu arenada sonuncu dəfə 2005-ci il martın 30-da Karlos Alberto Torresin rəhbərlik etdiyi Azərbaycan millisi ilə qarşılaşmışdılar. Stiven Cerrard və Devid Bekhemin qolları sayəsində meydan sahibləri 2:0 hesablı qələbə qazanmışdılar. Qeyd edək ki, AVRO-2006-nın həmin seçmə mərhələ oyunu zamanı İngiltərə yığmasının baş məşqçisi Sven Yoran Eriksson olub. Вернуться назад |