Главная > İdman > Afrika Millətlər Kubokunda yarımfinal cütləri bəlli olub

Afrika Millətlər Kubokunda yarımfinal cütləri bəlli olub


4-02-2024, 14:44. Разместил: azadses
Futbol üzrə Afrika Millətlər Kubokunda yarımfinal cütləri bəlli olub.

"Report"un məlumatına görə, son olaraq Cənubi Afrika seçməsi 1/4 finalda “Qarabağ”ın futbolçusu Patrik Andradenin şərəfini qoruduğu Kabo-Verde millisi ilə üz-üzə gəlib.

Əsas və əlavə vaxtı qolsuz başa çatan qarşılaşmanın penaltilər seriyasında (2:1) daha dəqiq oynayan Cənubi Afrika yığması növbəti raunda vəsiqə qazanıb.

Afrika Millətlər Kuboku
Yarımfinal

7 fevral
21:00. Nigeriya – Cənubi Afrika
00:00. Kot-d'İvuar - Konqo DR


Вернуться назад