Главная > İdman > “Sabah” rəsmisi: “Bizim üçün baş məşqçinin yerli və ya əcnəbi olması əsas deyil”

“Sabah” rəsmisi: “Bizim üçün baş məşqçinin yerli və ya əcnəbi olması əsas deyil”


3-02-2024, 14:42. Разместил: azadses
“Bizim üçün baş məşqçinin yerli və ya əcnəbi olması əsas deyil. Klubun fəlsəfəsinə uyğun olmalıdır”.

Bunu “Report”a açıqlamasında “Sabah”ın idman direktoru İqor Ponomaryov deyib.

Klub rəsmisi baş məşqçi vəzifəsindən istefa verən Murad Musayevin qərarını anlayışla qarşıladıqlarını bildirib: “Peşəkarlığına və komandadakı yüksək səviyyəli işinə görə Murad Musayevə təşəkkür edirik. Həqiqətən də, qazandığı nəticələrlə klubun tarixində öz yerini tutdu. Komandadan ayrılmasına gəlincə, bu, öz istəyi ilə baş verdi. Getməkdə israrlı idi. Biz də klub olaraq onun bu istəyini anlayışla qarşıladıq və müsbət cavab verdik”.

Qeyd edək ki, “Sabah” Murad Musayevin rəhbərliyi altında 2022/2023 mövsümündə Premyer Liqanı 2-ci pillədə başa vurub. Bakı klubu bu mövsüm 20 turdan sonra 26 xalla yeddinci sırada qərarlaşıb.


Вернуться назад