Главная > İdman > Azərbaycanın daha 4 cüdoçusu Qran-pridə mübarizəyə başlayır
Azərbaycanın daha 4 cüdoçusu Qran-pridə mübarizəyə başlayır27-01-2024, 13:00. Разместил: azadses |
Bu gün Azərbaycanın daha 4 cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq. "Report"un məlumatına, Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev və Səid Mollayi (hər ikisi 81 kq) tatamiyə çıxacaqlar. 73 kq. Rəşid Məmmədəliyev - Heonçeoi Kanq (Cənubi Koreya) Nurlan Osmanov - Reda Seddouki (Fransa) 81 kq. Səid Mollayi - Adrian Qandya (Puerto-Riko) / Laçlan Morhead (Böyük Britaniya) cütünün qalibi Zelim Tçkayev - Xorxe Peres (Çili) / Aurelien Bonferroni (İsveçrə) cütünün qalibi Qeyd edək ki, ötən gün Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər, digər 6 idmançı isə mükafat qazana bilməyib. Azərbaycan millisi Qran-pridə 16 cüdoçu ilə təmsil olunur. Вернуться назад |