Главная > İdman > Premyer Liqa: XX tura bu gün Tovuzda start veriləcək

Premyer Liqa: XX tura bu gün Tovuzda start veriləcək


26-01-2024, 17:06. Разместил: azadses
Azərbaycan Premyer Liqasında XX tura bu gün start veriləcək.

“Report”un məlumatına görə, günün yeganə oyunu Tovuzda baş tutacaq.

“Turan Tovuz” doğma azarkeşləri önündə “Səbail”i qəbul edəcək. Hər iki komanda 2024-cü ildə ilk qələbəsini qazanmaq niyyətindədir. Qərb təmsilçisi yuxarı pillələrə yaxınlaşmaq, paytaxt klubu isə liderlər qrupuna daxil olmaq üçün qələbə qazanmalıdır.

Qeyd edək ki, turun digər oyunları yanvarın 27-28-də keçiriləcək.

Premyer Liqa

XX tur

26 yanvar

15:00. “Turan Tovuz” – “Səbail”

Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Tovuz şəhər stadionu


Вернуться назад