Главная > İdman > Minifutbol üzrə Azərbaycan çempionatı: “İnter” minimal fərqlə məğlub olub
Minifutbol üzrə Azərbaycan çempionatı: “İnter” minimal fərqlə məğlub olub25-01-2024, 12:08. Разместил: azadses |
Minifutbol üzrə Azərbaycan çempionatında VII tura yekun vurulub. “Report”un məlumatına görə, ikinci gündə daha 4 oyun keçirilib. Futbol üzrə Azərbaycan millisinin sabiq üzvlərindən formalaşdırılan “İnter” komandası “Qalaxy Bakı”ya minimal fərqlə məğlub olub. “Real Bakı”, “Atəşgah Suraxanı” və “Abşeron” da hesablarına 3 xal yazdırıblar. Qeyd edək ki, bir gün əvvəl keçirilən oyunlarda “Birbaşa Bakı” “Dirçəliş”i, “Zirə” “Baku Fire”ni 7:0, “Odlar Yurdu” “Veteran”ı 3:0, “Sumqayıt” isə “Turan”ı 3:2 hesabı ilə məğlub edib. Azərbaycan çempionatı VII tur “Dinamo Gəncə” – “Real Bakı” 4:6 “Qalaxy Bakı” – “İnter” 6:5 “Siyəzən” – “Atəşgah Suraxanı” 2:5 “Aznur” – “Abşeron” 2:4 Hazırda “Zirə” 21 xalla turnir cədvəlinə başçılıq edir. “Birbaşa Bakı” 18 xalla ikinci, “Real Bakı” isə 16 xalla üçüncü pillədə qərarlaşıb. Вернуться назад |