Главная > İdman > Güllə atıcılığı üzrə Azərbaycan millisi Qran-pridə 5-ci yeri tutub
Güllə atıcılığı üzrə Azərbaycan millisi Qran-pridə 5-ci yeri tutub15-01-2024, 10:25. Разместил: azadses |
Güllə atıcılığı üzrə Azərbaycan millisi Sloveniyanın Ruşe şəhərində keçirilən Qran-pridə 5-ci yeri tutub. “Report”un məlumatına görə, yığma qarışıq komanda növündə 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə bu nəticəyə imza atıb. Ruslan Lunyov – Nigar Nəsirovadan ibarət komanda 571 xal toplayıb. Qran-prinin qalibi 580 xalla Çexiya millisi olub. Fərdi yarışda isə Ruslan Lunyov kişilər, Nigar Nəsirova qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə 15-ci yeri tutublar. Вернуться назад |