Главная > İdman > "Barselona" baş məşqçini vəzifəsindən azad edəcək

"Barselona" baş məşqçini vəzifəsindən azad edəcək


15-08-2020, 09:19. Разместил: azadses
İspaniyanın "Barselona" klubu baş məşqçisi Kike Setyenlə yollarını ayıracaq. 
"Report" "sport.es" saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 62 yaşlı mütəxəssisi tezliklə vəzifəsindən azad edəcək. 
Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Kike Setyen yanvar ayında baş məşqçi təyin edilib. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatmalı idi. 

Вернуться назад