Главная > İdman > "Kəpəz"dən ayrılan mütəxəssis "Səbail"də işləyəcək
"Kəpəz"dən ayrılan mütəxəssis "Səbail"də işləyəcək4-01-2024, 08:53. Разместил: azadses |
"Səbail" komandasına yeni məşqçi təyin edilib. Bu barədə "Report"a "dənizçilər"in mətbuat xidmətindən məlumat verilib. Azər Məmmədov paytaxt təmsilçisində fəaliyyət göstərəcək. 47 yaşlı mütəxəssis baş məşqçi Şahin Diniyevin köməkçisi olacaq. Qeyd edək ki, Azər Məmmədov son olaraq "Kəpəz"də işləyib. O, noyabrın əvvəlində baş məşqçi postundan istefa vermişdi. Вернуться назад |