Главная > İdman > "Neftçi" Albaniya klubu ilə qarşılaşacaq

"Neftçi" Albaniya klubu ilə qarşılaşacaq


3-01-2024, 12:07. Разместил: azadses
Yanvarın 4-də Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verəcək "Neftçi"nin yoxlama oyununda üz-üzə gələcəyi komandalardan biri dəqiqləşib.

"Report" "Lapsi.al" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar" Albaniyanın "Partizani" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma yanvarın 9-da gerçəkləşəcək.

Qeyd edək ki, "Neftçi"nin hazırlıq prosesi yanvarın 14-dək davam edəcək. Paytaxt təmsilçisi bu ölkədə iki yoxlama matçı keçirməyi planlaşdırır.


Вернуться назад