Главная > İdman > "Qarabağ" rəsmisi: "Futbolçunun zədəsi yoxdur, millidən niyə dəvət almadığını bilmirik"

"Qarabağ" rəsmisi: "Futbolçunun zədəsi yoxdur, millidən niyə dəvət almadığını bilmirik"


29-12-2023, 12:09. Разместил: azadses
"Leandro Andradenin zədəsi yoxdur. Yığmadan niyə dəvət almadığını bilmirik".

Bunu "Report"a açıqlamasında "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Leandro Andradenin Afrika Millətlər Kuboku oyunları üçün Kabo Verde millisinə çağırılmaması ilə bağlı danışarkən deyib.

Klub rəsmisi əvəzində 24 yaşlı yarımmüdafiəçinin həmyerlisi Patrik Andredeyə dəvət gəldiyini xatırladıb.

Qeyd edək ki, Afrika Millətlər Kuboku yanvarın 13-dən fevralın 11-dək davam edəcək. Kabo Verde yığması B qrupunda Misir, Qana və Mozambiklə mübarizə aparacaq.

Xatırladaq ki, 2022-ci ildən milliyə cəlb olunan Leandro Andrade Afrika Millətlər Kubokunun seçmə mərhələsində yalnız Toqoya səfərdə 2:3 hesabı ilə uduzduqları matçda iştirak edib. Matça start heyətində başlayan oyunçu 68-ci dəqiqədə əvəzlənib.


Вернуться назад