Главная > İdman > Həndbol üzrə Azərbaycan çempionatı: lider bu gün ən yaxın izləyicisi ilə qarşılaşacaq

Həndbol üzrə Azərbaycan çempionatı: lider bu gün ən yaxın izləyicisi ilə qarşılaşacaq


23-12-2023, 09:41. Разместил: azadses
Həndbol üzrə kişi və qadınlar arasında 30-cu Azərbaycan çempionatlarında VI turun təqvimi bəlli olub.

“Report”un məlumatına görə, bu gün və dekabrın 24-də keçiriləcək oyunların hamısı “AHF Arena” İdman Kompleksində təşkil ediləcək.

Qadınların yarışında mərkəzi görüşdə itkisiz irəliləyən “Qarabağ” ən yaxın izləyicilərindən olan “Kür”lə qarşılaşacaq. Liderliyə can atan “Azəryol” isə hələ də xal üzünə həsrət qalan “Gənclər Birliyi”ni sınağa çəkəcək.

Kişilərin liqasında ilk 5 matçının hamısında qələbə qazanan “Kür” bu tur istirahət edəcək. Bu da “Bakı” və “Qarabağ”a ona yaxınlaşmaq imkanı verəcək. Hər iki komanda autsayderlər mövqeyində qərarlaşan rəqibləri ilə üz-üzə gələcək.

Qadınlarda bu gün baş tutacaq “Qarabağ” - “Kür” oyunu Azərbaycan Həndbol Federasiyasının rəsmi feysbuk səhifəsində və yutub kanalında canlı yayımlanacaq.

Azərbaycan çempionatı
VI tur

Qadınlar
23 dekabr
12:00. “İdman Akademiyası” - “Bakı”
14:00. “Qarabağ” – “Kür”
24 dekabr
10:00. “Gənclər Birliyi” – “Azəryol”
Xal durumu: “Qarabağ” - 10, “Azəryol”, “Kür” – 7, “İdman Akademiyası” - 4, “Bakı” – 2, “Gənclər Birliyi” – 0.

Kişilər
23 dekabr
16:00. “İdman Akademiyası” - “Bakı”
24 dekabr
12:00. “Azəryol” - “Təhsil”
14:00. “Qarabağ” – “Dinamo”
Xal durumu: “Kür” - 10, “Bakı”, “Qarabağ” – 6, “Azəryol” - 4, “İdman Akademiyası” – 2, “Təhsil”, “Dinamo” – 0.


Вернуться назад