Главная > İdman > Azərbaycanın 9 boksçusu beynəlxalq turnirin finalına yüksəlib, 13-ü bürünc medal qazanıb
Azərbaycanın 9 boksçusu beynəlxalq turnirin finalına yüksəlib, 13-ü bürünc medal qazanıb22-12-2023, 16:13. Разместил: azadses |
Gənc boksçular arasında Abbas Ağalarovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə Azərbaycanın 9 üzvü finala yüksəlib, 13-ü bürünc medal qazanıb. “Report”un məlumatına görə, Bakı Boks Mərkəzində baş tutan ənənəvi yarışda yarımfinal mərhələsinə yekun vurulub. 26 döyüşdə Azərbaycan millisinin 22 boksçusu rinqə çıxıb. Onlardan 9-u adını finala yazdırıb, 13 nəfər isə yarımfinalda məğlub olub. Qazaxıstan yığmasının da 9 idmançısı finalda mübarizə aparacaq. Həlledici döyüşlərdə Özbəkistanla Tacikistan hərəyə 3, Rusiya 2 nəfərlə təmsil olunacaq. Səudiyyə Ərəbistanı yığmasının idmançıları 1/4 final, “Royal” (Litva) klubunun boksçuları isə yarımfinal səddini keçə bilməyiblər. Finallar bu gün başlayacaq. Qeyd edək ki, yarışa 7 komandanın 97 boksçusu qatılıb. Yarımfinallar 48 kq Abay Toleybekov (Qazaxıstan) – Muinxuja Muminov (Tacikistan) 0:5 Ayaz Tağızadə (Azərbaycan) – Bilalhəbəşi Nəzərov (Azərbaycan) 0:5 51 kq Zidan Hümbətov (Azərbaycan) – Sabir Dadaşov (Azərbaycan) 5:0 Muxşin Rahmanov (Tacikistan) – Bexultan Boranbek (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib 54 kq Ömər Aslanlı (Azərbaycan) – Anuşervon Fozilov (Tacikistan) 1:4 Aydak Kadirxan (Qazaxıstan) – Yerasil Amanqaliyev (Qazaxıstan) 0:5 57 kq Tağı Nəsibov (Azərbaycan) – Janseri Koşerbayev (Qazaxıstan) – birinci tam üstünlüklə qalib gəlib Məhəmmədəli Aşurəliyev (Azərbaycan) – Maqomedrasul İbrahimov (Rusiya) 5:0 60 kq Məhəmmədəli Qasımzadə (Azərbaycan) – Bek Joldaşbek (Qazaxıstan) 4:1 Tofiq Zairov (Azərbaycan) – Canarslan Temirbiyev (Rusiya) 0:5 63,5 kq Səid Yunusov (Özbəkistan) – Mehrab Abbasov (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib Ruslan Qafurov (Tacikistan) – Renat Krepştul (“Röyal” klubu, Litva) 5:0 67 kq Hüseyn Hacıyev (Azərbaycan) – Abbasqulu Şadlinski (Azərbaycan) 1:4 Dias Serikuli (Qazaxıstan) – Torexan Sabirxan (Qazaxıstan) 0:5 71 kq Oner Seilxan (Qazaxıstan) – Şamsiddin Tursunov (Özbəkistan) 5:0 Almuhamed Ahmetov (Qazaxıstan) – Ayxan Əliyev (Azərbaycan) 4:1 75 kq Fuad Babayev (Azərbaycan) – Mircəlal Mirağayev (Azərbaycan) 0:5 Sanjar-Ali Beqaliv (Qazaxıstan) – Damir Sineyev (Qazaxıstan) 5:0 80 kq Şamil Saqidoldayev (Qazaxıstan) – Cavohir Mexriddinov (Özbəkistan) 0:5 Şamil Nəcəfov (Azərbaycan) – Madiyar Behultanov (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib 86 kq Şahin Dadaşov (Azərbaycan) – Rahmotjon Kodirov (Özbəkistan) 0:5 Rza Novruzov (Azərbaycan) – Ruslan Qəhrəmanov (Azərbaycan) 0:5 92 kq Daulet Daniyar (Qazaxıstan) – Kənan Nəcəfov (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib Danielius Baltruşaitis (“Royal”, Litva) – Yerali Şopanov (Qazaxıstan) 2:3 +92 kq Orxan Ağayev (Azərbaycan) – Həsən Sadıqzadə (Azərbaycan) 5:0 Umidjon Şaripov (Özbəkistan) – Maqomedxan Malaçiyev (Rusiya) – ikinci tam üstünlüklə qalib gəlib Вернуться назад |