Главная > İdman > “Sabah”ın məşqçisi: “Rəqibi müdafiəmizlə məğlub etdik”

“Sabah”ın məşqçisi: “Rəqibi müdafiəmizlə məğlub etdik”


21-12-2023, 12:08. Разместил: azadses
“Rəqibi müdafiəmizlə məğlub etdik”.

“Report” xəbər verir ki, bunu “Sabah”ın baş məşqçi əvəzi Nikola Bozinovski “Xəzri”ni 84:80 hesabı ilə məğlub etdikləri Azərbaycan Basketbol Liqasının IX turunun oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis çətin oyun olduğunu bildirib: “Bəlkə də startda hücumda istədiyimiz alınmadı, amma müdafiədə düzgün oynadıq. Bu cür oynamağı xoşlayırıq. Bu görüşü müdafiəmiz qazandı. Maykl Holton bir neçə 3 xallıq atışlar etdi. Qarşılaşmanın sonuna yaxın daha çox enerji sərf etdik. Rəqibin geridönüş etmək şansı var idi. Lakin sonda qələbə qazanan tərəf biz olduq”.

Qeyd edək ki, “Sabah” hazırda 17 xalla turnir cədvəlinə başçılıq edir.


Вернуться назад