Главная > İdman > Andrey Lunyov "Hakken"lə matçdan əvvəl xəstələnib, orqanizmi çöküb
Andrey Lunyov "Hakken"lə matçdan əvvəl xəstələnib, orqanizmi çöküb15-12-2023, 13:01. Разместил: azadses |
"Qarabağ"ın qapıçısı Andrey Lunyov Bakıda İsveçin "Hakken" klubuna qarşı keçirdikləri Avropa Liqasının VI turunun oyunundan əvvəl xəstələnib. "Report" xəbər verir ki, bu barədə 32 yaşlı qolkiperin meneceri Anton Smirnov şəxsi teleqram kanalında məlumat verib. O, rusiyalı oyunçunun səhhətinin görüşdən iki gün əvvəl çox pis olduğunu söyləyib: "Bəlkə də bunu dediyimə görə məni danlayacaq. Amma bu vacib detalı qeyd etmək istəyirəm. Andrey iki gün çox xəstə idi, virusa yoluxmuşdu və bütün orqanizmi çökmüşdü. Məşqdə də iştirak edə bilmirdi. Ona iki gün sistem vuruldu və qapıçını ayağa qaldırdılar". Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubunu 2:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə bu turnirin pley-offuna vəsiqə qazanıb. Вернуться назад |