Главная > İdman > Rusiya klubunun rəsmisi "Sabah"ın baş məşqçisi ilə görüşmək üçün Azərbaycana gəlib

Rusiya klubunun rəsmisi "Sabah"ın baş məşqçisi ilə görüşmək üçün Azərbaycana gəlib


13-12-2023, 16:19. Разместил: azadses
Rusiyanın “Şinnik” klubunun rəsmisi "Sabah"ın baş məşqçisi Murad Musayevlə görüşmək üçün Azərbaycana gəlib.

“Report”un “Metaratings”ə istinadən məlumatına görə, komandanın idman koordinatoru Aleksandr Pobeqalov 40 yaşlı mütəxəssislə danışıq aparacaq.

"Şinnik" rəhbərliyi postundan uzaqlaşdırılan Dmitri Xomuxanın yerinə məhz Murad Musayevi gətirməyi planlaşdırır.

Yaroslavl təmsilçisinin baş direktoru Qalimcan Xayrulin idman koordinatorunun Azərbaycana səfər etdiyini təsdiqləyib: “Biz bir çox namizədlə əlaqə saxlayırıq. Dekabrın 25-nə kimi qərar verəcəyik”.

Qeyd edək ki, Murad Musayevin adı bir müddət əvvəl Rusiyanın digər klubu “Alaniya” ilə birgə hallanırdı.


Вернуться назад