Главная > İdman > Avropanın milli çempionatlarında son 4 ilin rekordu qeydə alınıb
Avropanın milli çempionatlarında son 4 ilin rekordu qeydə alınıb9-12-2023, 10:28. Разместил: azadses |
Avropanın milli çempionatlarında son 4 ilin rekordu qeydə alınıb. “Report” xəbər verir ki, İspaniyanın “Real” klubu 2019/2020 mövsümündən bəri ölkə çempionatında ən az qol buraxmaqla buna nail olub. “Kral klubu” bu müddət ərzində 167 oyunda 129 dəfə mərkəzə dəvət edilib. Hər matça orta hesabla 0,77 qol düşür. İkinci yerdə 155 görüşdə 139 (0,89) qol buraxan Fransa çempionu PSJ qərarlaşıb. İspaniyanın digər təmsilçisi “Atletiko” 166 qarşılaşmada 141 (0,84) qola üzülüb. Qeyd edək ki, “Real” bu mövsüm keçirdiyi 15 oyunda 9 qol buraxıb ki, bu da klub tarixinin ən yaxşısı göstəricisidir. Вернуться назад |