Главная > İdman > Böyük Dəbilqə: Hidayət Heydərov qızıl, Zelim Tçkayev bürünc medal qazanıb - YENİLƏNİB
Böyük Dəbilqə: Hidayət Heydərov qızıl, Zelim Tçkayev bürünc medal qazanıb - YENİLƏNİB2-12-2023, 18:54. Разместил: azadses |
Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb. "Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Heydərov finalda yerli idmançı Soişi Haşimotoya qalib gəlib. 81 kq-dakı Zelim Tçkayev isə bürünc mükafata sahib çıxıb. O, Tacikistan təmsilçisi Somon Makhmadbekovu məğlub edib. 09:39 Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqədə finala yüksəlib. "Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı qızıl medal uğrunda görüşdə yerli idmançı Soişi Haşimoto ilə üz-üzə gələcək. 81 kq-dakı Zelim Tçkayev isə bürünc medal uğrunda qarşılaşmada Tacikistan təmsilçisi Somon Makhmadbekovun müqavimətini qırmağa çalışacaq. Bu gün tatamiya çıxan Rəşid Məmmədəliyev (73 kq), Səid Mollayi (81 kq), Vüqar Talıbov, Murad Fətiyev (hər ikisi 90 kq) və Acelya Toprak (57 kq) medal şanslarını itiriblər. Xatırladaq ki, Azərbaycan millisi yarışda 8 çəki dərəsində 13 kişi və 1 qadın idmançı ilə təmsil olunur. Вернуться назад |