Главная > İdman > "Qarabağ"la oyunda dubl edən yarımmüdafiəçi həftənin ən yaxşı futbolçusu adına namizəddir
"Qarabağ"la oyunda dubl edən yarımmüdafiəçi həftənin ən yaxşı futbolçusu adına namizəddir1-12-2023, 10:23. Разместил: azadses |
UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. "Report" xəbər verir ki, bu ada İngiltərənin "Liverpul" klubundan Kodi Qakpo, Fransanın "Marsel" komandasından Pyer-Emerik Obameyanq, Almaniya təmsilçisi "Frayburq"dan Mixael Qreqoritş və Norveçin "Molde" kollektivindən Kristian Eriksen iddia edir. Yarımmüdafiəçi Eriksen məhz "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmada iki qolla yadda qalıb. Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq. Вернуться назад |