Главная > İdman > Britaniyada futbol azarkeşləri arasında davada bir neçə polis əməkdaşı yaralanıb

Britaniyada futbol azarkeşləri arasında davada bir neçə polis əməkdaşı yaralanıb


1-12-2023, 08:47. Разместил: azadses
İngiltərədə Konfrans Liqasının qrup mərhələsində Birminhem komandası “Aston Villa ilə görüşdən əvvəl Varşavanın "Legiya" futbol klubunun azarkeşləri ilə dava nəticəsində 3 polis əməkdaşı yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

“Legiya” azarkeşləri atəşfəşanlıqdan istifadə ediblər. Dava ilə əlaqədar komandanın azarkeşlərindən heç biri Birminhemdəki “Villa Park” stadionuna buraxılmayıb.

"Aston Villa” futbol klubu stadionun kənarında geniş yayılmış iğtişaşlardan sonra polisin məsləhəti ilə UEFA Avropa Liqası ilə Legiya Varşava matçı üçün heç bir qonaq azarkeşin “Villa Park”a buraxılmadığını təsdiqləyə bilər", - Birminhem futbol klubunun açıqlamasında deyilir.

Bəyanatı Varşava futbol klubunun rəsmi saytında dərc olunan “Legiya” təmsilçisi Bartoş Zaslavskinin sözlərinə görə, Uest Midlends polisinin tövsiyəsi ilə stadion rəhbərliyi VIP qonaqları stadiona buraxmamaq qərarına gəlib. Həmrəylik əlaməti olaraq klub prezidenti Dariuş Mioduski də matça gəlməkdən imtina edib.

"Meydan sahiblərinin Avropa yarışlarında qüvvədə olan standartlara uyğun gəlməyən münasibəti, yəni qonaq komandanın azarkeşləri üçün stadionun tutumunun 5%-ni təmin etmək bizi çox məyus etdi", - Zaslavski deyib.

Qeyd edək ki, “Aston Villa” “Legiya”nı məğlub edərək, Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Qarşılaşma 2:1 hesabı ilə başa çatıb. “Aston Villa” 12 xal toplayıb, E qrupunda lider mövqedə qərarlaşaraq, pley-offa çıxışını təmin edib.

Qeyd edək ki, daha əvvəl Polşanın “Legiya” klubunun 2 futbolçusu AZ ilə Niderlandda keçirilən UEFA Konfrans Liqasının qrup mərhələsinin oyunundan sonra yerli polislər tərəfindən saxlanılıb. Buna səbəb müdafiəçi Radovan Pankov və yarımmüdafiəçi Josuenin qarşılaşmanın ardından polislərlə yaşanan insidentdə iştirak etmələri olub.


Вернуться назад