Главная > İdman > "Barselona" baş məşqçisini istefaya göndərə bilər

"Barselona" baş məşqçisini istefaya göndərə bilər


28-11-2023, 16:19. Разместил: azadses
İspaniyanın "Barselona" klubu baş məşqçisi Xavi Ernandes ilə yollarını ayıra bilər.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu gün Çempionlar Liqasının qrup mərhələsinin V turunda Portuqaliyanın "Portu" komandasını məğlub edə bilməsə, 43 yaşlı mütəxəssisin istefaya göndərilməsi gündəmə gələcək.

İddia olunur ki, hətta heç-heçə də ispaniyalı baş məşqçini xilas etməyəcək.

Qeyd edək ki, bu gün reallaşacaq "Barselona" - "Portu" görüşü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar qrupda 9 xalla ilk iki pilləni bölüşürlər.


Вернуться назад