Главная > İdman > İspaniyalı futbolçu: "Bakıdakı uçuş bir az gecikdi və milliyə dəvət aldığımı öyrəndim"

İspaniyalı futbolçu: "Bakıdakı uçuş bir az gecikdi və milliyə dəvət aldığımı öyrəndim"


14-11-2023, 19:00. Разместил: azadses
"Qarabağ"la oyundan sonra Almaniyaya qayıtmaq üçün hava limanında idik. Uçuş bir az gecikdi, heyətlə tanış olmaq üçün vaxtımız oldu və siyahıda olduğumu gördüm".

"Report" xəbər verir ki, bunu ilk dəfə İspaniyanın əsas millisinə dəvət alan "Bayer 04"ün futbolçusu Alexandro Qrimaldo federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

28 yaşlı cinah müdafiəçisi həmin vaxt ailəsi və dostları ilə danışa bilmədiyini söyləyib: "Leverkuzenə çatanda telefonum mesajlarla dolu idi. Bu, sevincli anlar oldu".

Qeyd edək ki, "Bayer 04" Bakıdakı oyunda "Qarabağ"ı minimal hesabla məğlub edib - 1:0.


Вернуться назад