Главная > İdman > Premyer Liqa: Bu gün "Neftçi" "Qəbələ" ilə, "Zirə" isə "Sabah"la səfərdə qarşılaşacaq

Premyer Liqa: Bu gün "Neftçi" "Qəbələ" ilə, "Zirə" isə "Sabah"la səfərdə qarşılaşacaq


5-11-2023, 10:35. Разместил: azadses
Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.

“Report”un məlumatına görə, son gündə iki oyun keçiriləcək.

Əvvəlcə “Neftçi” meydana çıxacaq. “Ağ-qaralar” autsayderlər zonasında qərarlaşan “Qəbələ”nin qonağı olacaq. Adrian Mutunun yetirmələri liderlər qrupundan daha da uzaq düşməmək üçün səfərdə mütləq qalib gəlməlidirlər.

Tur paytaxt derbisi ilə başa çatacaq. Uğursuz mövsüm keçirən “Sabah” uğurlu qrafik cızaraq liderlər qrupunda yer alan “Zirə”ni qəbul edəcək. Rəşad Sadıqovun kollektivi liderliyi qaytarmaq üçün çətin səfər görüşündə hesabına 3 xal yazdırmalıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Səbail" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Kəpəz"i (7:1), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:0) məğlub ediblər.

Premyer Liqa
XII tur
5 noyabr

16:00. “Qəbələ” – “Neftçi”
Baş hakim: Kamal Umudlu.
Qəbələ şəhər stadionu

18:30. “Sabah” – “Zirə”
Baş hakim: Tural Qurbanov.
“Bank Respublika Arena”

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

12

7

2

3

28-11

23

2

Zirə

11

6

3

2

11-7

21

3

Səbail

12

6

3

3

21-18

21

4

Araz-Naxçıvan

12

6

2

4

15-13

20

5

Sumqayıt

12

5

3

4

12-13

18

6

Neftçi

11

4

3

4

11-10

15

7

Turan Tovuz

12

4

3

5

19-15

15

8

Sabah

11

3

4

4

15-14

13

9

Qəbələ

11

2

2

7

7-20

8

10

Kəpəz

12

1

3

8

6-24

6

Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) - 9, Aleksandr Ramalinqom (“Səbail”) - 6.


Вернуться назад