Главная > İdman > Avropa çempionatı: İlk gündə Azərbaycanın beş cüdoçusu mübarizəyə qoşulacaq
Avropa çempionatı: İlk gündə Azərbaycanın beş cüdoçusu mübarizəyə qoşulacaq3-11-2023, 21:07. Разместил: azadses |
Azərbaycanın beş cüdoçusu bu gün Fransanın Monpelye şəhərində start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq. "Report"un məlumatına görə, Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva tatamiyə çıxacaq. Avropa çempionatı Qadınlar 48 kq Leyla Əliyeva - Lois Petit (Belçika) 52 kq Gültac Məmmədəliyeva - Coana Dioqo (Portuqaliya)/Sofiya Asvesta (Kipr) görüşünün qalibi ilə Kişilər 60 kq Balabəy Ağayev - Andreya Karlino (İtaliya)/Rodriqo Kosta Lopes (Portuqaliya) görüşünün qalibi ilə Turan Bayramov - Qamzat Zayrbekov (Fərdi Neytral İdmançılar)/Mihrac Akkuş (Türkiyə) görüşünün qalibi ilə 66 kq Yaşar Nəcəfov - Matteo Piras (İtaliya) Qeyd edək ki, dünya çempionatı noyabrın 5-də başa çatacaq. Azərbaycan millisi yarışda 9 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunur. Вернуться назад |