Главная > İdman > Premyer Liqa: “Zəfər turu” "Səbail" - "Turan Tovuz" oyunu ilə start götürəcək

Premyer Liqa: “Zəfər turu” "Səbail" - "Turan Tovuz" oyunu ilə start götürəcək


3-11-2023, 12:00. Разместил: azadses
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

"Report"un məlumatına görə, “Zəfər turu”nun açılış matçında "Səbail" "Turan Tovuz"u qəbul edəcək.

"ASCO Arena"da reallaşan qarşılaşma saat 19:00-da başlayacaq. Paytaxt təmsilçisi 18 xalla 4-cü, Tovuz klubu 15 xalla 6-cı pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XII tur

19:00. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Cəmil Quliyev, Rauf Allahverdiyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“ASCO Arena”

Qeyd edək ki, XII turun digər görüşləri noyabrın 4-5-də gerçəkləşəcək.


Вернуться назад