Главная > İdman > Dünya çempionatı: Azərbaycan minifutbol millisi bu gün 1/8 final oyununa çıxacaq

Dünya çempionatı: Azərbaycan minifutbol millisi bu gün 1/8 final oyununa çıxacaq


1-11-2023, 19:18. Разместил: azadses
Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final oyunları keçiriləcək.

“Report”un məlumatına görə, turnirdə yoluna davam edən Azərbaycan millisi bu mərhələdə Portuqaliya ilə qarşılaşacaq.

Elşad Quliyevin yetirmələri G qrupunda keçirdikləri hər üç görüşdə qələbə qazanmışdılarsa, Portuqaliya H qrupunu ikinci pillədə başa vurub. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsində İraqı 2:0, Misiri 4:1, Küveyti isə 3:1 hesabı ilə məğlub edib.


Вернуться назад