Главная > İdman > FIBA Avropa Kuboku: Azərbaycan təmsilçisi Çexiya klubunun qonağı olacaq

FIBA Avropa Kuboku: Azərbaycan təmsilçisi Çexiya klubunun qonağı olacaq


1-11-2023, 11:11. Разместил: azadses
“Sabah” basketbol klubu bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi üçüncü matçda Çexiyada "Nimburk"un qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, "Sabah" ilk görüşündə səfərdə Şimali Makedoniya "Mornar"ına (75:80), ikinci dueldə isə Bakıda Türkiyə “Bağçaşəhər”inə (65:83) uduzub. Hazırda “Nimburk” 4 xalla D qrupunda liderlik edir. “Sabah”ın isə hesabında 2 xal var.


Вернуться назад