Главная > İdman > Dünya çempionatı: Azərbaycan millisi növbəti oyununa çıxacaq

Dünya çempionatı: Azərbaycan millisi növbəti oyununa çıxacaq


29-10-2023, 13:40. Разместил: azadses
Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu yığma Misir seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan komandası ilk matçda İrakı 2:0 hesabı ilə üstələyib. Milli oktyabrın 31-də Küveytlə qarşılaşacaq.


Вернуться назад