Главная > İdman > "Qəbələ"nin baş məşqçisi: "İlk matç bu mərhələni keçə biləcəyimizi göstərmişdi"
"Qəbələ"nin baş məşqçisi: "İlk matç bu mərhələni keçə biləcəyimizi göstərmişdi"26-10-2023, 12:47. Разместил: azadses |
"İlk matç bizə bu mərhələni keçə biləcəyimizi göstərmişdi". Bunu "Report"a açıqlamasında "Qəbələ"nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov Macarıstanda “Puşkaş Akademiya” klubuna 1:0 hesabı ilə qalib gəldikləri UEFA Gənclər Liqasının I mərhələsinin cavab oyunu ilə bağlı danışarkən deyib. Mütəxəssis rəqibin təhlükəli oyunçularının olduğunu bildirib: "Buna baxmayaraq, qələbəyə inanırdıq. Onların 1:1 hesabı ilə bitən ilk görüşdəki səhvləri və oyun üslubları ilə bağlı müəyyən təhlillər aparmışdıq. Gözlədiyimiz kimi də çıxış etdilər. Futbolçularımız çox yaxşı mübarizə apardılar. Verilən tapşırıqları yerinə yetirdilər və layiqli qələbə qazandılar. Hər iki tərəfin qol şansları oldu, sadəcə, biz yararlana bildik". Baş məşqçi növbəti raundda qarşılaşacaqları Yunanıstanın "Olimpiakos" klubu ilə bağlı fikirlərini də bildirib: "Artıq növbəti raund haqqında düşünürük. Rəqibin matçını izlədikdən sonra necə çalışmalı olduğumuzu biləcəyik. Hələlik təhlil etmək imkanımız olmayıb. Ancaq əvvəlki görüşlərdəki inamlı qələbələri onların gücündən xəbər verir. İlk matçımız noyabrın 8-də doğma meydanda baş tutacaq. Buna qədər isə çempionatda iki görüşümüz olacaq. Sıx qrafikdə oyunçuları balanslı şəkildə formada saxlamağa çalışacağıq". Вернуться назад |