Главная > İdman > Şuşa təmsilçisi Çelenc Kubokunda mübarizəyə başlayır

Şuşa təmsilçisi Çelenc Kubokunda mübarizəyə başlayır


25-10-2023, 16:12. Разместил: azadses
Kişi voleybolçulardan ibarət "Xarı Bülbül" komandası bu gün Çelenc Kubokunda mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, Şuşa təmsilçisi 1/32 finalın ilk oyununda Slovakiyanın "TJ Spartak" klubu ilə üz-üzə gələcək.

Bakıdakı Voleybol Mərkəzində reallaşacaq qarşılaşma saat 18:00-da start götürəcək. Qarşılıqlı razılığa əsasən, cavab görüşü də sabah eyni arenada gerçəkləşəcək.


Вернуться назад