Главная > İdman > Çelenc Kuboku: "Azərreyl"in hər iki oyununun Bakıda keçirilməsi üçün ilkin razılıq əldə olunub

Çelenc Kuboku: "Azərreyl"in hər iki oyununun Bakıda keçirilməsi üçün ilkin razılıq əldə olunub


24-10-2023, 21:14. Разместил: azadses
"Azərreyl"in Çelenc Kubokunun 1/16 final mərhələsində hər iki oyununun Bakıda keçirilməsi üçün ilkin razılıq əldə olunub.

Bu barədə "Report"a paytaxt təmsilçisinin meneceri Zaur Namazov məlumat verib.

O, hazırda danışıqların davam etdiyini və məsələnin sabah günün sonuna qədər tam dəqiqləşəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, "Azərreyl" 1/16 finalda İspaniyanın "Avarka de Menorka" klubu ilə üz-üzə gələcək. "Dəmiryolçular" əvvəlki raundda Ukraynanın "Balta" komandasını mübarizədən kənarlaşdırıblar.


Вернуться назад