Главная > İdman > İsveç klubunun futbolçusu itkin düşüb

İsveç klubunun futbolçusu itkin düşüb


19-10-2023, 11:18. Разместил: azadses
İsveçin “Norrçepinq” komandasında çıxış edən Emil Robak itkin düşüb.

"Report" "Corriere della Sera" nəşrinə istinadən xəbər verir ki, müqavilə ilə İtaliyanın "Milan" klubuna məxsus olan 20 yaşlı hücumçudan 14 gündür xəbər yoxdur.

“Norrçepinq” və onun ailəsi oyunçunun başına nə gəldiyini bilmirlər.

Qeyd edək ki, Emil Robak 2020-ci ildə "Milan"a keçib. Onun İsveç klubu ilə müqaviləsinin müddəti noyabrda başa çatacaq.


Вернуться назад