Главная > İdman > "Neftçi"nin "Zenit"lə oyununun tarixi və məkanı bəlli olub

"Neftçi"nin "Zenit"lə oyununun tarixi və məkanı bəlli olub


18-10-2023, 19:43. Разместил: azadses
"Neftçi"nin Rusiyanın "Zenit" klubu ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi və məkanı bəlli olub.

Bu barədə "Report"a "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

Qarşılaşmanın noyabrın 18-də, "Neftçi Arena"da təşkili planlaşdırılır.

Qeyd edək ki, "Neftçi" yayda Sankt-Peterburqda təşkil olunan "Matç TV" turnirində "Zenit"lə yanaşı, Serbiyanın "Srvena Zvezda" və Türkiyənin "Fənərbağça" komandaları ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi daha sonra Moskva "Spartak"ı ilə yoxlama görüşü keçirib.
Вернуться назад