Главная > İdman > Azərbaycan güləşçiləri dünya çempionatına hazırlıqlarını davam etdirirlər
Azərbaycan güləşçiləri dünya çempionatına hazırlıqlarını davam etdirirlər13-10-2023, 12:04. Разместил: azadses |
Azərbaycanın güləş üzrə milli komandaları Albaniyanın paytaxtı Tiranada keçiriləcək U-23 dünya çempionatına hazırlıqlarını davam etdirirlər. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, sərbəst güləşçilər Rusiyada təlim-məşq toplanışındadırlar. Vladiqafqazda reallaşan hazırlıq prosesi oktyabrın 18-dək davam edəcək. Yunan-Roma və qadınlardan ibarət komandalar isə mundiala Bakıda hazırlaşırlar. Qeyd edək ki, U-23 dünya çempionatı oktyabrın 23-29-u aralığında gerçəkləşəcək. “Feti Borova” İdman Kompleksində təşkil ediləcək mundialın ilk günlərində sərbəst (23-25 oktyabr), daha sonra qadın (25-27 oktyabr), ən sonda isə yunan-Roma güləşi (27-29 oktyabr) üzrə mübarizə baş tutacaq. Yarışda I-S kateqoriyalı hakim İntiqam Alıyev ədaləti qoruyacaq. Вернуться назад |