Главная > İdman > Kaka: “Azərbaycanın böyük komanda olduğunu bilirdik”

Kaka: “Azərbaycanın böyük komanda olduğunu bilirdik”


12-10-2023, 11:17. Разместил: azadses
“Azərbaycanın böyük komanda olduğunu bilirdik”.

“Report” xəbər verir ki, bunu futzal üzrə Qazaxıstan yığmasının baş məşqçisi Kaka Azərbaycan millisinə 3:2 hesabı ilə qalib gəldikləri DÇ-2024-ün elit mərhələ oyunundan sonra deyib.

Braziliyalı mütəxəssis 0:2 hesabı ilə geridə olduqları görüşdən qalib ayrıldıqları üçün sevincli olduğunu bildirib: “Uşaqlara deyirdim ki, hər matçın öz hekayəsi var. Əvvəlcə bunu Bakıdakı görüşün davamı kimi düşündük. Bu dəfə mübarizə fərqli oldu. Çox çətin oyun alındı. Amma futbolçular əla çıxışla geridönüşə nail oldular”.

Qeyd edək ki, hazırda Qazaxıstan yığması 12 xalla A qrupuna başçılıq edir. Azərbaycan millisinin isə hesabında 3 xal var.


Вернуться назад