Главная > İdman > Azərbaycan millisinin baş məşqçisi: "Sıxıntılarımız olsa da, işimizi davam etdirməliyik"

Azərbaycan millisinin baş məşqçisi: "Sıxıntılarımız olsa da, işimizi davam etdirməliyik"


11-10-2023, 21:05. Разместил: azadses
"Bizim də sıxıntılarımız var. Buna baxmayaraq işimizi davam etdirməliyik, Doqquz futbolçumuz müxtəlif səbəblərdən heyətdə deyil".

Bunu "Report"a açıqlamasında oktyabrın 13-də təlim-məşq toplanışı üçün Özbəkistanın paytaxtı Daşkəndə yollanacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev deyib.

41 yaşlı mütəxəssis bir neçə oyunçunun çempionat matçlarında zədələndiyini söyləyib: "Amma inanıram ki, onlar tezliklə sıraya dönəcəklər".

Nəbiyev oktyabrın 14-də və 16-da yoxlama görüşündə üz-üzə gələcəkləri Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə bağlı da fikirlərini bölüşüb: "Özbəkistan yığması keyfiyyətli rəqibdir. Artıq onların bir neçə qarşılaşmasını təhlil etmişik. Bunlar Avropa çempionatının seçmə mərhələsindən əvvəl çox vacib matçlardır".

Baş məşqçi seçmə mərhələdəki oyunların da çətin keçəcəyini vurğulayıb: "Rəqiblərimiz də yaxşıdır. Amma ilk növbədə hazırlıq prosesindəki qarşılaşmaları düşünürük. Çünki burada müxtəlif variantlara əl atmaq istəyirik. Növbəti ay seçmə mərhələyə tam hazır olmalıyıq".

Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsində Bosniya və Herseqovina, Niderland və Lüksemburqla üz-üzə gələcək. Qarşılaşmalar noyabrda Lüksemburqda gerçəkləşəcək.


Вернуться назад