Главная > İdman > Azərbaycan Premyer Liqası: ilk dövrədə ən çox oyun idarə etmiş hakimlər - SİYAHI
Azərbaycan Premyer Liqası: ilk dövrədə ən çox oyun idarə etmiş hakimlər - SİYAHI9-10-2023, 17:00. Разместил: azadses |
Futbol üzrə Azərbaycan Premyer Liqasının ilk dövrəsində ən çox oyun idarə edən hakimlər bəlli olub. "Report"un araşdırmasına görə, İnqilab Məmmədov siyahının ilk pilləsində qərarlaşıb. 10 gün sonra 40 yaşı tamam olacaq ədalət təmsilçisi 5 qarşılaşmada əsas hakim funksiyasını yerinə yetirib. FİFA referiləri Əliyar Ağayev, Rauf Cabarov və Cavid Cəlilov hərəyə 4 belə görüşə təyinat alıblar. Digər FİFA referisi Elçin Məsiyev və 5 həmkarı isə 3 dəfə ədaləti qoruyublar. II turun "Sumqayıt" - "Sabah" oyunu təxirə salındığa görə, ilk dövrədə 44 matç baş tutub. Azərbaycan Premyer Liqasında ilk dövrədə ən çox oyun idarə etmiş hakimlər: İnqilab Məmmədov - 5 oyun Əliyar Ağayev - 4 oyun Cavid Cəlilov - 4 oyun Rauf Cabarov - 4 oyun Elçin Məsiyev - 3 oyun Tural Qurbanov - 3 oyun Kamal Umudlu - 3 oyun Kamranbəy Rəhimov - 3 oyun Rəşad Əhmədov - 3 oyun Rəvan Həmzəzadə - 3 oyun Emin Əliyev - 2 oyun Rauf Allahverdiyev - 2 oyun Əli Əliyev - 2 oyun Fərid Hacıyev - 1 oyun Nicat İsmayıllı - 1 oyun Kamran Əliyev - 1 oyun Вернуться назад |