Главная > İdman > Azərbaycanlı FİFA referisi ilk dəfə hakim-inspektor kimi UEFA-dan təyinat alıb

Azərbaycanlı FİFA referisi ilk dəfə hakim-inspektor kimi UEFA-dan təyinat alıb


4-10-2023, 13:48. Разместил: azadses
Azərbaycanlı FİFA referisi Babək Quliyev UEFA-dan təyinat alıb.

"Report"un əldə etdiyi məlumata görə, 49 yaşlı ədalət təmsilçisi ilk dəfə beynəlxalq oyunda hakim-inspektor funskiyasını yerinə yetirəcək.

Quliyev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ matçında iş başında olacaq. O, Şimali Makedoniya - Polşa qarşılaşmasında çexiyalı hakim Tomas Klimanın işinə qiymət verəcək.

Qeyd edək ki, oktyabrın 11-də Polşadakı Torun şəhərində gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.


Вернуться назад