Главная > İdman > “Sabah” FİBA Avropa Kubokunda bu gün ikinci oyununu keçirəcək
“Sabah” FİBA Avropa Kubokunda bu gün ikinci oyununu keçirəcək3-10-2023, 13:36. Разместил: azadses |
“Sabah” basketbol komandası FİBA Avropa Kubokunda bu gün növbəti oyununu keçirəcək. “Report”un məlumatına görə, Azərbaycan çempionu Şimali Makedoniyada ikinci sınağını yerli komandaya qarşı verəcək. Ötən gün Niderland təmsilçisi “Donar”ı 75:72 hesabı ilə məğlub edən Boban Mitevin yetirmələri Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində “Rabotniçki” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Qeyd edək ki, A qrupunda yer alan “Sabah” üçüncü matçını oktyabrın 5-də Rumıniyanın “Rapid” (Buxarest) klubuna qarşı keçirəcək. Вернуться назад |